Kəpənəklər
Murzik öz sahibi ilə hava şarında gəzməyi xoşlayırdı. Gəzintidən başqa, Murzik həm də kəpənəkləri sevirdi və onların şəkillərindən ibarət xüsusi kolleksiya yaratmışdı. Məhz ona görə də hava şarında gəzintiyə yollanarkən o həmişə özü ilə fotoaparat götürərdi, lakin həmişə başqa obyektivli, ona görə də o yalnız A x B
ölçülü müxtəlif düzbucaqlı çəkə bilərdi. Murzik həmişə fotoaparatı elə yerləşdirərdi ki, şəkildə düzbucaqlıların tərəfləri düzbucaqlı formasında olan, iki tərəfi məktəb binasına paralel və həmişə koordinat oxlarından birinin rolunu oynayan çiçək ləklərinin tərəflərinə paralel əks olunsun.
Kəpənəklərin şəklini çəkmək üçün o elə anları seçərdi ki, şiddətli külək olmasın və kəpənəklər ləklərdə böyüyən çiçəklərin üzərinə sakitcə qona bilsinlər. Əgər kəpənəyin ağırlıq mərkəzi şəkildə düşürdüsə, onun şəkli çəkilmiş hesab olunurdu.
Murzik ən çox neçə kəpənəyin şəklini çəkə bilər?
Giriş verilənləri
Birinci sətirdə aralarında boşluq işarəsi olmaqla iki ədəd: Murzikin çəkə biləcəyi düzbucaqlının A
, B
ölçüləri, ikinci sətirdə kəpənəklərin N
(1 ≤ N ≤ 10^5
) sayı verilir. Sonra N
sətir gəlir. Hər bir sətirdə o sətirdəki kəpənəyin ağırlıq mərkəzinin X[i]
, Y[i]
koordinatları aralarında boşluq işarəsi olmaqla verilir. Bütün giriş verilənləri 10^9
-u aşmayan və mənfi olmayan tam ədədlərdir.
Çıxış verilənləri
Yeganə ədəd - şəkli çəkilmiş kəpənəklərin axtarılan ən çox sayı.