Təyyarə
Təyyarə A şəhərindən (A şəhərinin yerli vaxtı ilə) saat h_1, dəqiqə m_1-də havaya qalxır və B şəhərinə saat h_2, dəqiqə m_2-də (B şəhərinin yerli vaxtı ilə) enir. B şəhərindən saat h_3, dəqiqə m_3-də (B şəhərinin yerli vaxtı ilə, ola bilər ki, başqa gündə) havaya qalxır A şəhərinə saat h_4, dəqiqə m_4-də (A şəhərinin yerli vaxtı ilə) enir. Bununla yanaşı hər iki tərəfə uçuş müddəti bərabərdir (0-a bərabər deyil). Bir tərəfə üçüş nə qədər çəkəcək? Cavabı zərurət olarsa tam dəqiqəyədək böyük ədədə yuvarlaqlaşdırmaqla saat və dəqiqə ilə vermək lazımdır.
Giriş verilənləri
Dörd sətrin hər birində hh:mm formatında uçuş və eniş vaxtı 0 ≤ h_j < 24, 0 ≤ m_j < 60 şərtləri daxilində yuxarıda sadalanan ardıcıllıqla verilir.
Çıxış verilənləri
Çıxışa uçuş müddəti həmin hh:mm formatında verilir. Əgər cavablar bir neçədirsə, ən az olanını verin.