Amberdə ticarət müqavilələri
Amber ölkəsində ticarət və maliyyə münasibətləri olduqca mürəkkəbdir. Əgər bir tacir öz malını başqa bir tacirin malı ilə dəyişmək istəyirsə, onlar Amber Ticarət Gildiyasına müraciət edirlər. Bəlkə də düşünürsünüz ki, tacirlər sadəcə mallarını dəyişib, sərfəli sövdələşmədən məmnun olaraq yollarına davam edirlər? Xeyr, belə deyil! Amberdə qanunlar belədir ki, Ticarət Gildiyası iki tacir arasında olan sövdələşmədən yalnız o halda mənfəət əldə edə bilər ki, bu tacirlərin «normallaşdırma əmsalları» uyğun gəlsin. «Normallaşdırma əmsalı» nədir bilirsiniz? Bu təəccüblü deyil...
Tacirin N yaşı olsun. O, gəldiyi ölkədə pul vahidləri ilə əməliyyatların hesablanması üçün P say sistemi istifadə olunur. Onun «normallaşdırma əmsalı» P say sistemində N sayının rəqəmlərinin cəmi adlanır. İki tacir arasında sövdələşmə bağlandıqdan sonra Ticarət Gildiyasının nə qədər qazana biləcəyini göstərən proqram yazın.
Giriş verilənləri
Giriş faylının birinci sətirində birinci tacir haqqında məlumatlar - N1 və P1 ədədləri, ikinci sətirdə isə ikinci tacir haqqında məlumatlar - N2 və P2 ədədləri verilir. Burada N1 və N2 - sövdələşmə bağlamaq istəyən iki tacirin yaşı (0 ≤ N1, N2 ≤ 2147483647), P1 və P2 isə onların ölkələrində istifadə olunan say sistemləridir (2 ≤ P1, P2 ≤ 16).
Çıxış verilənləri
Çıxış faylında tacirlər arasında sövdələşmə bağlandıqdan sonra Ticarət Gildiyasının nə qədər qazanacağını göstərin.