CD
Zavodda təmiz CD disklər istehsal edilərkən, onlar işçi tərəfi aşağı olmaqla N ədəd diskdən ibarət "piramida" şəklində yığılır. Lakin bəzən disklər səhv yığılır və işçi tərəfi gah aşağı, gah da yuxarı olur. Zavodda xüsusi bir avtomat var ki, piramidanın üstündən istənilən sayda diski götürüb, götürülmüş yığını çevirərək yerinə qoyur. Bu zaman götürülmüş yığının altındakı disk yığının üstündə olur, lakin disklərin sırası pozulmur. Bütün diskləri "piramidada" düzgün, yəni işçi tərəfi aşağı olmaqla yerləşdirmək üçün minimum neçə belə əməliyyat lazımdır?
Giriş verilənləri
Proqram disklərin sayını N (1 ≤ N ≤ 100000) və sonra N ədədini oxuyur (1, əgər disk işçi tərəfi aşağıdırsa və 0, əgər işçi tərəfi yuxarıdırsa), "piramidanın" üstündəki diskdən başlayaraq. Bütün ədədlər boşluqlarla ayrılmışdır.
Çıxış verilənləri
Proqram ekrana bir ədəd çıxarır - lazım olan minimum əməliyyatların sayı. Əgər "piramidanı" "düzgün vəziyyətə gətirmək" mümkün deyilsə, proqram -1 çıxarır.