Sevilməyən rəqəmlər
Təşkilatın yeni rəhbəri müəyyən etdi ki, onun sələfi, ona məlum olan bir səbəbdən rəsmi sənədləri nömrələmək üçün onluq yazılışında bəzi rəqəmlərin olduğu ədədləri prinsipial olaraq istifadə etməmişdir. Bundan başqa müxtəlif illərdə müxtəlif ədədlər dəsti bu cür təhrifə məruz qalmışdır.
Əvvəlki rəhbər hər il həmin ildə başlanğıc qiymət kimi sevilməyən rəqəmləri ehtiva etməyən minimal mənfi olmayan ədəd götürürdü.
Hər bir növbəti sənədi nömrələyərkən, o halda ki, növbəti nömrə sevilməyən rəqəm ehtiva edirdi, o sadəcə bu ədədi buraxırdı. Və bu nə qədər ki, növbəti ədəd onun üçün arzuolunmaz rəqəmlərdən azad olmamışdır, davam edirdi. Məsələn, 8, 7, 9, 5, 1 sevilmirdisə, onda bu ilin ilk bir neçə sənədi növbəti nömrələri ehtiva edirdi: 0, 2, 3, 4, 6, 20,22, 23, 24, 26, 30, 32, 33, ...
Belə ki, sələf təşkilata uzun müddət rəhbərlik etmişdir və onda xeyli sayda sənədlər yığılıb qalmışdır, yeni rəhbərin sənədin sıra nömrəsinə görə (nömrələmə sıfırdan başlayır) verilmiş sevilməyən rəqəmlər dəsti üçün həmin sənədə rəsmi olaraq verilmiş nömrəni cəld təyin edən proqrama ehtiyacı vardı.
Giriş verilənləri
Giriş faylı iki boş olmayan sətri ehtiva edir. Birinci sətirdə boşluqla ayrılmış sevilməyən rəqəmlər verilir (onların ümumi sayı birdən səkkizə qədər ola bilər). İkinci sətirdə cari sənədin sıra nömrəsi verilir.
Sevilməyən rəqəmlərin ümumi sayı 1-dən az və 8-dən çox deyil.
Cari sənədin sıra nömrəsi sıfırdan kiçik deyil və 1000000000-nu aşmır.
Çıxış verilənləri
Çıxış faylı yeganə sətri – tələb edilən sənədin nömrəsini, yəni, sıra nömrəsi giriş faylında verilmiş sənədin rəsmi nömrəsini ehtiva edir.