Başla!
Bart Homer Simpsonu bayırda oynamağa dəvət edəndə o televizora baxmaq ilə məşğul idi. Bayırda çox isti idi və Homer çox məşğul idi.
Homer bilirdi ki, Bart riyaziyyatı sevmir və qərara aldı ki, televizordakı verilişə baxdıqdan sonra Myuya baş çəkməsi üçün onun üçün hər hansı bir məşğuliyyət tapmağı düşünmək lazımdır və o axır ki belə bir məşğuliyyət tapdı.
“Gəl səninlə şərt kəsək. Mən sənə bir riyazi məsələ verəcəyəm. Əgər həll edə bilsən, səninlə Disney Land-ə gedəcəyik. Əgər düzgün həll tapmasan aprelin axırına qədər biz bayıra çıxmayacağıq”. “Məsələ belədir” Homer dedi:
“Sənə tam ədədlər dəsti verilir. Bir dəfəyə sən dəstin istənilən elementini iki dəfə artıra bilərsən. İstəsən, eyni elementi bir neçə dəfə ikiyə vura bilərsən. Elə etməlisən ki, massivdəki bütün ədələr eyni olsun. Əgər bunu etmək mümkündürsə, “YES”, əks halda “NO” verməlisən”.
Belə ki, Bart heç bir proqramlaşdırma dili bilmirdi və riyaziyyatı sevmirdi, o başa düşdü ki, məsləni həll edə bilməyəcək. Qəfildən Bartın yadına sən düşürsən. Bart bilirdi ki, sən riyaziyyat məsələləri üzərində xeyli vaxt keçirirsən. O qərara gəldi ki, bu məsələ sənin üçün çox asan olacaq və atası ilə şərt kəsir. “Əgər məsələni 1 saatdan tez həll edə bilsəm, sən həm məni Disney Land-ə aparacaqsan, həm də mənə istədiyim qədər dondurma alacaqsan”.
“Başla!” Homer dedi.
Giriş verilənləri
İlk sətirdə ardıcıllıqdakı ədədlərin sayını ifadə edən n (1 ≤ n ≤ 50) ədədi verilir. İkinci sətirdə hər biri 10^9
-u aşmayan n ədəd ehtiva edən ardıcıllıq verilir.
Çıxış verilənləri
Əgər ardıcıllıqda bütün ədədləri eyni etmək olarsa, “YES”, əks halda “NO” verməli.