Maraqlı təcrübələr
Maraqlı təcrübələr (OCTOCUBE)
Növbəti təcrübə üçün bizə X sayda eyni ölçülü taxta kubiklər lazım olacaq.Əlimizə bir kubik və "Super yapışqan" götürək. Kubiki iki barmaqla əks künclərdən tutaraq, üzərinə "Super yapışqan"ı bərabər şəkildə sürək (əsas odur ki, bu prosedur zamanı kubiki əlimizə yapışdırmayaq), hər bir üzə bir kubik əlavə edək və alınan konstruksiyanı möhkəmcə sıxaq ki, yapışqan "tutsun". Yapışqanın tam quruması üçün yarım dəqiqə gözləyək. Sonra yeni alınan konstruksiya üçün təsvir olunan prosesi təkrarlayaq: bütün səthi yapışqanla sürək, hər bir üzə bir kubik əlavə edək, sıxaq və yapışqanın qurumasını gözləyək.Maraqlıdır ki, əgər bu prosesi dəqiq N (1 ≤ N ≤ 10^5)
dəfə təkrarlasak, bütün kubiklər bir modeldə birləşəcək. Onu kubooktaedr adlandırmaq olar: ona yaxından baxsaq, kuba bənzəyir, amma uzaqdan baxanda tam olaraq oktaedr kimi görünür.Amma təcrübənin məqsədi bu qəribə fiquru qurmaq deyildi, onu xatirə olaraq özünüzdə saxlaya bilərsiniz. Təcrübənin məqsədi X sayını müəyyən etməkdir :).
Giriş məlumatları
Yeganə sətirdə bir ədəd N verilmişdir.
Çıxış məlumatları
Bir ədəd çıxarın! X.