Adalar
Müasir dünya tendesiyasından geri qalmamaq üçün Olimpiada ölkəsinin hökuməti turistləri cəlb etmək üçün bir neçə ada qurmağı planlaşdırdı. Adaların xəritəsi ölçüləri NxM damadan ibarət cədvəl şəklində artıq hazırlanmışdır. Hər bir dama quru yer və ya su ola bilər. Quru yeri təmsil edən damalar toplusu əgər onların hər birindən digərinə ya üfüqi, ya da saquli qonşu dama ilə keçmək mümkündürsə və topludan kənarda belə damalar yoxdursa adadır.
Rahatlıq üçün bütün adaların bir-biri ilə əlaqəli olması məqsədilə bəzi adalar arasında körpülərin tikilməsi qərara alındı. Körpülər yalnız şaquli və ya üfüqi şəkildə tikilə bilər, quru damadan başlayır və qurtarır, yalnız sulu damadan keçir. Körpünün tikilməsinə sərf olunan vəsait kimi onun keçdiyi sulu damaların sayını hesab etmək olar. Bütün adaları öz aralarında birləşdirən körpülər qrupunun tikilməsinə sərf olunan mümkün ən az ümumi məbləği tapmaq tələb olunur.
Başqa sözlə, hər bir sulu damadan istənilən digər damaya şaquli və ya üfüqi sulu dama və ya körpü vasitəsilə çatmaq mümkün olsun. İki müxtəlif körpü öz aralarında kəsişə bilər, başqa sözlə, eyni sulu damadan müxtəlif səviyyədə keçə bilərlər.
Bütün adaları birləşdirən adalar xəritəsi üzərində tikiləcək körpülər qrupunun tikilməsinə sərf olunan ən az ümumi məbləği tapan İSLANDS proqramını yazın.
Giriş verilənləri
Giriş faylının birinci sətrində adalar xəritəsinin ölçüləri olan iki N və M (1 ≤ N, M ≤ 500) tam ədədləri yerləşir. Sonrakı N sayda sətrin hər birində M simvol - 0 (su) ya da 1 (quru) yerləşir.
Çıxış verilənləri
Çıxış faylının yeganə sətrində bir tam ədəd – körpülərin tikilməsi üçün tapılan ən az məbləğ yerləşir. Əgər adaları körpülər vasitəsilə birləşdirmək mümkün deyilsə, çıxışa -1 ədədi verilir.