Nöqtələr
Müstəvi üzərində n nöqtə verilib. Bundan başqa, müstəvidə daha iki baza nöqtəsi verilib. Baza nöqtələrindən keçən ixtiyarı paralel cüt düz xətt arasındakı zolağa düşən ən çox nöqtələrin sayını tapan proqramı yazın. Baza nöqtələrini nöqtələr çoxluğuna daxil etmək lazım deyil. Əgər nöqtə düz xəttin üzərinə düşürsə, onu cəmi saya daxil etmək lazımdır.
Giriş verilənləri
Giriş faylının birinci sətrində bir tam n (0 ≤ n ≤ 10000) – N (1 ≤ N ≤ 10000) ədədi - nöqtələrin sayı yerləşir. İkinci sətirdə iki baza nöqtəsinin koordinatları x_1 y_1 x_2 y_2 formatında verilir. Sonrakı n sayda sətrin hər birində müstəvi üzərindəki nöqtələrin koordinatları x y formatında yerləşir. Nöqtələrin koordinatları mütləq qiymətcə 10000-i aşmayan tam ədədlərdir. Baza nöqtələri heç olmasa, bir koordinatı ilə fərqlənir.
Çıxış verilənləri
Çıxış faylının yeganə sətrində bir tam ədəd - baza nöqtələrindən keçən paralel düz xətlər arasındakı zolağa düşən nöqtələrin tapılmış ən çox sayı yerləşir.