Yumurtanın düşməsi
Klassik məsələ mövcuddur, sizə iki yumurta və k mərtəbəli bina verilir. Siz bilmək istəyirsiniz ki, yumurtanı hansı ən yüksək mərtəbədən atmaq lazımdır ki, sınmasın.
Siz hansısa jurnallarda kimlərinsə bu eksperimentə cəhd etdiyinə rast gəlmişsiniz. Jurnalda mərtəbələrin nömrəsi və yumurtaların bu mərtəbələrə düşməsinin nəticələri verilir. Siz iki ədəd - elə ən aşağı mərtəbə tapmalısınız ki, ordan yumurtanı atdıqda sınsin və elə yuxarı mərtəbə tapmalısınız ki, ordan yumurtanı atanda sınmasın.
Siz bilirsiniz ki, yumurta əgər 1-ci mərtəbədən düşərsə sınmaz və k-cı mərtəbədən düşərsə sınar. Siz həmçinin onu da bilirsiniz ki, eksperimentin nəticələri ziddiyyətli deyil: əgər yumurta x mərtəbəsindən düşəndə sınmayıbsa, deməli aşağı mərtəbələrdən də düşəndə sınmayacaq, əgər yumurta y mərtəbəsindən düşəndə sınmışsa, deməli o bütün yuxarı mərtəbələrdən düşəndə sınacaq.
Giriş verilənləri
İlk sətir iki n və k (1 ≤ n ≤ 100, 3 ≤ k ≤ 100) tam ədədlərini - atılan yumurtaların sayı və yumurtaların düşməsinin nəticəsini ehtiva edir. Mərtəbənin nömrəsi 1 və k diapazonunda yerləşir, düşmənin nəticəsi SAFE və ya BROKEN-dir.
Çıxış verilənləri
Tək sətirdə iki ədədi verməli. Birinci ədəd yumurtanın atıldığı zaman sınacağı ən aşağı mərtəbənin nömrəsi. İkinci ədəd isə yumurtanın atıldığı zaman sınmayacağı ən yüksək mərtəbənin nömrəsidir. Verilən cavablar yumurtaların düşməsinın nəticələrinə uyğun olmalıdır.