Orta qiymət - 1
Məmməd Səmədlə "Məktəbin şagirdlərinin orta çəkisi" layihəsini hazırlamaq qərarına gəldilər. Onlar bu əddi nə üçün istifadə edəcəklərini gizli saxlayırlar. Onlar məktəbin bütün şagirdlərinin çəkilərinin ölçülməsini xahiş etdilər və nəticələri cədvələ yazdılar. Onlara şagirdlərin orta çəkisini hesablamaqda kömək edin. Lakin onlar xahiş etdilər ki, ən aşağı və ən yuxarı çəkili şagirdlərin çəkisi nəzərə alınmasın. Onların yeganə buraxdığı səhv şagirdlərin ümumi saylarını nəzərə almamalarıdır, lakin bu sizə onların istədiyini hesablamaqda mane olmur.
Giriş verilənləri
Bir neçə sətirdə şagirdlərin kiloqramla çəkiləri (bir və ya bir neçə) boşluqla və ya sətir sonu işarəsi ilə ayrılmış formada verilir. Şagirdlərin çəkilərini giriş sonuna qədər oxumalı.
Çıxış verilənləri
Ən böyük və ən kiçik çəkili şagirdləri nəzərə almadan şagirdlərin orta çəkisini hesablamalı. Nəticəni kiloqram dəqiqliyi ilə verməli.