ДСУ2
Ujlandiyada 1-dən n-ə qədər nömrələnmiş n şəhər mövcuddur. Hazırda bu şəhərlər arasında heç bir yol yoxdur, lakin zamanla yollar tikiləcək. Eyni zamanda, Ujlandiyada premium yolların tikilməsi də planlaşdırılır (bu yollar daha yaxşı asfalt örtüyünə və trafikə malik olacaq, lakin keçid üçün ödəniş tələb olunacaq). Turist Vasif sizdən üç növ sorğuya cavab verməyinizi istəyir:
1 a b
- a və b şəhərləri arasında ikitərəfli adi yol tikildi.2 a b
- a və b şəhərləri arasında ikitərəfli premium yol tikildi.3 a b
- Əgər a şəhərindən yalnız premium yollarla b şəhərinə getmək mümkündürsə, "$$$" çıxarın. Əgər hər hansı yollarla getmək mümkündürsə, "YES" çıxarın. Əgər a şəhərindən b şəhərinə heç bir yolla getmək mümkün deyilsə, "NO" çıxarın.
Giriş məlumatları:
Birinci sətirdə n və q ədədləri verilir. (1 ≤ n, q ≤ 3*10^5
)Sonrakı q sətirdə sorğular verilir.
Çıxış məlumatları:
3-cü tip sorğuların cavablarını çıxarın.