Acgöz Əziz
Bildiyiniz kimi Əziz şokolad yeməyi çox xoşlayır. Lakin dişlərə zərərli olduğu üçün atası ona çoxlu şokolad yeməyə icazə vermir.
Bu dəfə atası Əzizə bir massiv verdi və ona massivdəki ən çox rast gəlinən ədədin sayı qədər şokolad verəcəyinə söz verdi.
Əziz daha çox şokolad yemək üçün fırıldağa əl atmaq fikrindədir. Belə ki, o, massivdəki bəzi ədədləri atasının diqqətini çəkmədən dəyişdirə bilər. Buna görə də, Əziz massivdəki bəzi ədədləri 1 vahid artıra və ya azalda bilər.
Əziz maksimum sayda şokolad yemək istəyir. Bu işdə acgöz Əzizə kömək edin.
Sizin tapşırığınız Əzizin əldə edə biləcəyi şokoladların maksimal sayını tapmaqdır.
Giriş verilənləri
İlk sətirdə bir tam ədəd n (1 ≤ n ≤ 10^5
) – massivdəki ədədlərin sayı, növbəti sətirdə boşluqla ayrılmış n sayda tam ədəd – massivin elementləri (0 ≤ a[i]
≤ 10^9
) verilir.
Çıxış verilənləri
Çıxışa bir tam ədəd – Əzizin əldə edə biləcəyi şokoladların maksimal sayını verin.