Eolymp Weekend Practice #1
Gələn bazar günü, martın 24-də, saat 16:00 UTC, Eolymp Weekend Practice #1 seriyasının ilk yarışması keçiriləcəkdir.
Format və Çətinlik
Adından da aydın olduğu kimi, bu yarışma seriyası əsasən praktiki bacarıqları inkişaf etdirməyə yönləndirilmişdir. Çətinlik dərəcəsi müxtəlif olan 5 məsələ təqdim olunacaqdır, ən sadəsini belə hətta yeni başlayanlar həll edə biləcəklər.
Balların paylanması növbəti şəkildədir: 50-100-200-300-350. Hər bir məsələ bloklar üzrə qiymətləndirilir (bu o deməkdir ki, həll blokdakı bütün testlərdən keçərsə, ballar hər bir test bloku üçün ayrıca verilir). İki iştirakçının balı eyni olarsa, liderlik cədvəlində o iştirakçı daha yüksək qiymətləndirilir ki, onun göndərdiyi səmərəli həll (məsələn, ən az bir bal qazandıran göndərilmiş həll) daha əvvəl göndərilmiş olsun.
Bu seriya standart iki saat davam edir.
Qeydiyyat
Yarışmada iştirak üçün onun səhifəsində qeydiyyatdan keçə bilərsiniz.
Mükafatlar
Yarışmanın 10 ən yaxşı iştirakçısı, həmçinin 11-dən 100-dək yerdə olan iştirakçılar arasından təsadüfi seçilmiş 10 iştirakçı köynəklə mükafatlandırılacaq. Xahiş olunur nəzərə alın ki, Eolymp hazırda mükafatları sadəcə Avropa Şurası üzvləri olan ölkələrə göndərir.